Əsas məzmuna keç
Dr. Fidan Həsənzadə

Qəbula yazılış

Görüş növünü seçin: düymə WhatsApp-ı hazır mesajla açır. Övladınızın yaşını və şikayətini əlavə edin, uyğun gün və saatı birlikdə razılaşdıraq.

İlk müayinə

İlk dəfə gələn uşaqlar üçün

Tanışlıq, müayinə və lazım olsa rentgen. Sonda dişlərin vəziyyətini və müalicə planını valideynə izah edirəm.

Sedasiya konsultasiyası

Sedasiyanın uşağa uyğun olub-olmadığını qiymətləndirir, hazırlığı, pediatr rəyini və müalicə gününü müzakirə edirik.

Müalicə seansı

Planı artıq hazır olan uşaqlar üçün: plomb, kanal müalicəsi, polad qapaq və ya çəkim.

Kontrol müayinə

Müalicədən və ya sedasiyadan sonra nəticəni yoxlayır, yeni çürüyün qarşısını almaq üçün dişlərə baxırıq.

Ağrı və ya travma

Diş ağrısı, şişkinlik və ya zərbədən sonra zədələnmiş diş. Mesajda nə baş verdiyini qısa yazın.

Profilaktik baxış

Hər 3-6 aydan bir müayinə, fırçalama təlimi və lazım olduqda flüorlu lak.

Yazılış necə işləyir

  1. Yuxarıdakı kartlardan görüş növünü seçin
  2. WhatsApp hazır mesajla açılır
  3. Uşağın yaşını və şikayətini əlavə edib göndərin
  4. Gün və saatı birlikdə razılaşdırırıq

Sualınız var?

Hansı görüş növünü seçəcəyinizə əmin deyilsinizsə, sadəcə WhatsApp-a yazın. Birlikdə uyğun olanı seçərik.