Dr. Fidan Həsənzadə
Uşaq stomatoloqu, sedasiya altında müalicə


Bizimlə hər şey qorxusuz və əyləncəlidir
Mən Fidan Həsənzadə, uşaq stomatoloquyam. Müayinəni oyuna çevirir, hər addımı uşağın dilində izah edirəm. Lazım olanda isə müalicəni anestezioloq nəzarətində, sedasiya altında, uşağı yormadan və qorxutmadan aparırıq.
- Klinik təcrübə
- 6+ il
- İxtisas
- Uşaq stomatoloqu
- Əsas istiqamət
- Sedasiya altında müalicə
- Qəbul formatı
- WhatsApp ilə yazılış
Dişlərdəki çürük riskini yoxlayın
Bu qısa test qidalanma, gigiyena və əvvəlki müayinələr üzrə vərdişlərə baxaraq kariyes, yəni diş çürüməsi riskini təxmini göstərir. 10 suala cavab verin, nəticəni dərhal görəcəksiniz.
Cavablarınız yalnız sizin cihazınızda hesablanır: heç bir serverə göndərilmir və yadda saxlanmır.
Sual 1 / 10
Aşağı risk
Vərdişləriniz dişləri yaxşı qoruyur.
Belə davam edin: gündə iki dəfə fırçalama, az şirniyyat və hər 6 aydan bir müayinə. 5-6 yaşda arxada çıxan daimi dişə xüsusi diqqət edin.
Orta risk
Bəzi vərdişlər çürük ehtimalını artırır.
Şirniyyatın və şirin içkilərin tezliyini azaldın, axşam fırçalamasını atlamayın və müayinəyə gəlin. Erkən mərhələdə flüorlu lak minanı möhkəmləndirə bilər.
Yüksək risk
Dişlərin çürümə ehtimalı yüksəkdir.
Gözləmədən müayinəyə gəlin. Ağrı olmasa da, çürük artıq başlamış ola bilər. Birlikdə qidalanma və fırçalama planı qurur, lazım olan müalicəni vaxtında edirik.
Risk şkalası
- Aşağı
- Orta
- Yüksək
Test hansı nəticəni göstərsə də, gündə iki dəfə yaşa uyğun miqdarda flüorlu pasta ilə fırçalama və həkimin təyin etdiyi aralıqla, adətən 3-6 aydan bir müayinə çürük riskini azaldır.
Risk faktorlarının mənbəyi: Tinanoff, N., Baez, R. J., Diaz Guillory, C., et al. (2019). Early childhood caries epidemiology, aetiology, risk assessment, societal burden, management, education, and policy: Global perspective. International Journal of Paediatric Dentistry, 29(3), 238-248. [PMID: 31099128] | [DOI: 10.1111/ipd.12484]
Bu test diaqnoz qoymur və həkim müayinəsini əvəz etmir. Ləkə, boşluq və ya ağrı varsa, nəticədən asılı olmayaraq uşaq stomatoloquna müraciət edin.
Əvvəl və sonra
Valideynlərin yazılı razılığı ilə paylaşılan görüntülər. Hər uşaq fərqlidir, nəticə də fərdidir.






Biz qorxutmaq üçün yox, sevdirmək üçün buradayıq
Uşağın diş həkimi ilə ilk təcrübəsi gələcəkdə həkimə münasibətinə çox təsir edir. Ona görə əvvəlcə tanış oluruq, alətlərlə oynayırıq, sonra müayinəyə keçirik. Valideynə isə hər etabı açıq izah edirəm.

Yanaşmamın əsasları
- Hər addım uşağın razılığı ilə
- Valideynə hər etabın izahı
- Sedasiya yalnız göstəriş olduqda
- Təhlükəsizlik dişdən də önəmlidir
İxtisasım və istiqamətlərim
Uşaq stomatoloqu kimi süd və daimi dişlərin müalicəsi, kariyesin qarşısının alınması və vərdişlərin qiymətləndirilməsi ilə, anestezioloqla birlikdə isə sedasiya altında müalicə ilə məşğulam.
İxtisas
Uşaq stomatoloqu
Süd və daimi dişlərin müalicəsi, polad qapaq, yer tutucu, diş travması və kariyesin erkən dayandırılması.
Təhsil
Semmelweis və Ankara universitetləri
Semmelweis Universiteti (Macarıstan), diş həkimliyi. Ankara Universiteti Diş Həkimliyi Fakültəsi (Türkiyə).
Əsas istiqamət
Sedasiya altında müalicə
Qorxan, kiçik yaşlı, geniş müalicə lazım olan və xüsusi qayğı tələb edən uşaqlar üçün, anestezioloq nəzarətində.
Qəbul
Əvvəlcədən yazılışla
Qəbula WhatsApp ilə yazılırsınız, gün və saatı birlikdə razılaşdırırıq.
Qorxusuz uşaq stomatologiyası
Sedasiya altında müalicə əsas istiqamətimdir. Bununla yanaşı süd dişlərinin müalicəsi, polad qapaq, yer tutucu, diş travması və kariyesin erkən dayandırılması ilə məşğulam.
Bütün xidmətlərə bax- Sedasiya altında müalicəQorxan və ya geniş müalicə lazım olan uşaqlar üçün anestezioloq nəzarətində sakit müalicə.
- Bir seansda kompleks müalicəBütün dişlərdəki problemlərin adətən sedasiya altında, bir görüşdə həll edilməsi.
- Xüsusi qayğı tələb edən uşaqlarSindromu və ya xroniki xəstəliyi olan uşaqlar üçün fərdi və təhlükəsiz plan.
- Süd dişində kanal müalicəsiİltihablı siniri təmizləyib dişi daimi diş çıxana qədər ağızda saxlamaq.
- Polad qapaqÇox dağılmış süd dişini qoruyan, sonra özü ilə birlikdə düşən hazır örtük.
Qısa videolar
YouTube kanalımdan valideynlər üçün qısa izahlar. Videoya basın, elə buradaca izləyin.
Müraciətdən sağlam gülüşə dörd addım
Uşaq diş müalicəsi bir dəfəlik görüşlə bitmir. Güvən, düzgün diaqnoz, plan və nəzarət birlikdə nəticə verir.
Müraciət
WhatsApp-a yazırsınız, övladınızın yaşını və şikayətini qeyd edirsiniz. Sizə uyğun görüş növünü birlikdə seçirik.
Tanışlıq və müayinə
Uşağı əvvəlcə kabinetlə və alətlərlə tanış edirik, sonra müayinə edir, lazım olsa rentgen çəkirik.
Plan və izah
Hər etabı valideynə izah edirik: hansı dişə nə lazımdır, sedasiyaya ehtiyac varmı, nə qədər görüş olacaq.
Müalicə və nəzarət
Müalicədən sonra hər 3-6 aydan bir kontrol müayinəsində yeni çürüyü erkən tapır, riskini azaltmaq üçün evdə qulluğu birlikdə nəzərdən keçiririk.
Aktual elan
Sedasiya ilə bağlı suallarınızı yazın
Sedasiya hər uşağa lazım deyil, amma göstəriş olduqda uşağın həm dişlərini, həm də diş həkiminə münasibətini qorumağa kömək edir. Konsultasiyada uşağın vəziyyətini qiymətləndirir, hazırlığı və pediatr rəyini izah edir, müalicə gününü birlikdə planlaşdırırıq.
- Müddət
- BaşlanğıcSon
- Bilməli olduğunuz
- Yazarkən uşağın yaşını, şikayətini və varsa xroniki xəstəliklərini qeyd edin. Uşağın sağlamlıq sənədlərini və şəkillərini mesajla göndərməyiniz vacib deyil, onları qəbulda müzakirə edirik.
Valideynlər üçün diş əlifbası

Uşaq diş qulluğu bələdçisi: ilk dişdən məktəb yaşına qədər
Fırçalama, flüorlu pasta, diş ipi, şirniyyat və müayinə: beş əsas qayda, pastanın yaşa uyğun miqdarı, səhər-axşam qulluğu və çürük riski testi.


Kariyes nə qədər sürətlə inkişaf edir?
Ağ ləkədən sinirin iltihabına qədər üç mərhələ, çürüyü sürətləndirən vərdişlər və dişi yonmadan dayandırmaq imkanı.


O nə dəmirdir? Süd dişində polad qapaq haqqında
Polad qapaq nədir, nə vaxt qoyulur, niyə böyük plombdan daha etibarlıdır və süd dişi ilə birlikdə necə düşür.
Hər uşağa fərdi yanaşma
Qəbula WhatsApp ilə yazılın: görüş növünü seçin, övladınızın yaşını və şikayətini qeyd edin. Uyğun gün və saatı birlikdə razılaşdırırıq.
Tez-tez verilən suallar
Valideynlərin Instagram-da və qəbulda ən çox verdiyi suallar. Övladınızla bağlı dəqiq cavabı isə yalnız müayinədən sonra verə bilərəm.
Uşağı ilk dəfə diş həkiminə neçə yaşda gətirmək lazımdır?
Birinci diş çıxandan sonra, təxminən bir yaş civarında. İlk görüş çox vaxt sadə tanışlıqdır: dişlərə baxır, fırçalamanı və qidalanmanı müzakirə edirik. Erkən gələn uşaq diş həkimini ağrı ilə yox, oyunla tanıyır.
İlk qəbul necə keçir?
Əvvəlcə uşaqla tanış oluruq, kabineti və alətləri göstəririk. Sonra müayinə edir, lazım olsa rentgen çəkirik. Görüşün sonunda valideynə dişlərin vəziyyətini, müalicə planını və evdə qulluğu izah edirəm. Uşaq hazır deyilsə, müalicəyə ilk gündən başlamağa tələsmirik.
Sedasiya kimə lazımdır?
Hər uşağa yox. Güclü qorxu səbəbindən müalicəyə imkan verməyən, uzun müddət kresloda qala bilməyən, bir neçə dişində geniş müalicə lazım olan və ya xüsusi qayğıya ehtiyacı olan uşaqlara. Qərarı müayinədən sonra, uşağın vəziyyətini qiymətləndirərək veririk.
Sedasiya təhlükəsizdirmi?
Düzgün göstəriş, hazırlıq və nəzarətlə aparılan sedasiyanın riski çox aşağıdır, amma hər tibbi prosedur kimi tam sıfır deyil. Ona görə sedasiyadan əvvəl pediatr rəyi alırıq, sedasiyanı anestezioloq aparır və uşağın nəfəsini, nəbzini, oksigen səviyyəsini müalicə boyu izləyir. Pediatr icazə vermədikdə prosedura başlamırıq.
Sedasiyadan sonra uşaq oynayır, yeyir-içir?
Uşaq tam oyandıqdan və vəziyyəti sabitləşdikdən sonra evə gedir. Həmin gün bir neçə saat yuxulu və ərköyün ola bilər, yanında böyük olmalıdır. Yeməyə maye və yumşaq qidalarla başlayın. Ertəsi gün uşaqlar adətən həmişəki kimi oynayır.
Süd dişləri onsuz da düşəcək, müalicə etmək lazımdırmı?
Bəli. Süd dişləri çeynəmə, nitq və daimi dişlər üçün yerin qorunması üçün lazımdır. Müalicə olunmayan kariyes ağrı və iltihab yaradır, daimi dişin rüşeyminə təsir edə bilər. Vaxtından əvvəl çəkilən diş isə daimi dişin yerini daraldır.
Keyidici dərmana allergiya olarsa nə edirsiniz?
Müalicədən əvvəl keyidici dərmanı çox kiçik miqdarda sınayırıq, bunu "prob" adlandırırıq. Reaksiya olarsa, həmin preparatdan istifadə etmir, müalicə planını dəyişir və allerqoloqa müraciət etməyi tövsiyə edirik. Uşağın əvvəlki reaksiyalarını qəbulda mütləq deyin.
Süd dişinə polad qapaq niyə qoyulur?
Çox dağılmış və ya kanal müalicəsi olunmuş süd azı dişini daimi diş çıxana qədər qorumaq üçün. Böyük plomb belə dişdə tez qopur, qapaq isə çeynəmə yükünə dözür. Daimi diş çıxanda süd dişi qapaqla birlikdə öz-özünə düşür.
Əmzik neçə yaşa qədər istifadə edilə bilər?
Vərdiş nə qədər uzun davam edərsə, dişləmə dəyişikliyi riski bir o qədər artır. Əmziyi tədricən azaldıb 2-3 yaşa qədər tərgitmək məsləhətdir. Uşaq 3 yaşdan sonra da əmir və ya barmağını əmirsə, müayinəyə gəlin.
Müayinə və müalicənin qiyməti nə qədərdir?
Müalicənin qiyməti dişlərin vəziyyətindən, müalicənin həcmindən və sedasiyaya ehtiyac olub-olmamasından asılıdır. Müayinədən sonra planı və qiyməti əvvəlcədən deyirəm. Ətraflı məlumat üçün WhatsApp-a yazın.
Böyük yaşda pasiyent qəbul edirsiniz?
Mənim ixtisasım uşaq stomatologiyasıdır və saytdakı bütün məlumat uşaqlar üçündür. Böyük yaşda pasiyent qəbulu ilə bağlı sualınızı WhatsApp-a yazın.
Övladımın şəkilləri paylaşılırmı?
Uşağın şəkli, videosu və ya müalicə nəticəsi yalnız valideynin yazılı razılığı ilə paylaşılır. Tibbi məlumatlar yalnız müalicə üçün istifadə olunur. Bu saytda heç bir forma doldurmursunuz.
Qəbul ünvanı və əlaqə
- Telefon
- +994 50 809 84 74
- WhatsApp ilə əlaqə


