Əsas məzmuna keç
Dr. Fidan Həsənzadə

Salam, mən Fidan Həsənzadəyəm

Uşaq stomatoloquyam. Macarıstanda Semmelweis Universitetinin və Türkiyədə Ankara Universitetinin diş həkimliyi fakültələrində təhsil almışam. Əsas istiqamətim qorxusuz uşaq stomatologiyası və anestezioloq nəzarətində sedasiya altında müalicədir. Valideynlər üçün uşaqların süd dişləri, sedasiya və gündəlik qulluq haqqında sadə dillə bilgilər bölüşürəm.

Uşaq stomatoloqu Dr. Fidan Həsənzadə
Dr. Fidan HəsənzadəUşaq stomatoloqu

Qorxusuz, travmasız və əyləncəli

Uşaq diş həkimini ağrı ilə yox, oyunla, sürprizlə və güvənlə xatırlamalıdır. Ona görə əvvəlcə uşağın etibarını qazanır, sonra müalicəyə keçirəm.

  • Hər mərhələni uşağa onun dilində izah edirəm
  • Davam etmək üçün uşağın razılığını alıram
  • Valideynə müayinənin hər etabını açıq izah edirəm
  • Sedasiyanı yalnız göstəriş olduqda təklif edirəm
Biz qorxutmaq üçün yox, öyrətmək və sevdirmək üçün buradayıq.
Yanaşmam haqqında
Uşağın psixoloji rahatlığı da diş sağlamlığı qədər önəmlidir.
Uşaqla iş haqqında

İxtisasım və istiqamətlərim

Uşaq stomatoloqu kimi süd və daimi dişlərin müalicəsi, kariyesin qarşısının alınması və vərdişlərin qiymətləndirilməsi ilə, anestezioloqla birlikdə isə sedasiya altında müalicə ilə məşğulam.

İxtisas

Uşaq stomatoloqu

Süd və daimi dişlərin müalicəsi, polad qapaq, yer tutucu, diş travması və kariyesin erkən dayandırılması.

Təhsil

Semmelweis və Ankara universitetləri

Semmelweis Universiteti (Macarıstan), diş həkimliyi. Ankara Universiteti Diş Həkimliyi Fakültəsi (Türkiyə).

Əsas istiqamət

Sedasiya altında müalicə

Qorxan, kiçik yaşlı, geniş müalicə lazım olan və xüsusi qayğı tələb edən uşaqlar üçün, anestezioloq nəzarətində.

Qəbul

Əvvəlcədən yazılışla

Qəbula WhatsApp ilə yazılırsınız, gün və saatı birlikdə razılaşdırırıq.

Rəqəmlərlə

il klinik təcrübə
6+
xidmət istiqaməti
12
valideyn Instagram-da izləyir
34K+
maarif yazısı bloqda
10
televiziya çıxışı: MTV və SAF TV
5
universitet: Semmelweis və Ankara
2