Qorxusuz uşaq stomatologiyası
Müayinədən sedasiya altında kompleks müalicəyə qədər. Hər səhifədə problemin nə olduğunu, niyə yarandığını və müalicənin necə aparıldığını valideynlər üçün sadə dillə izah etmişəm.
Övladınızda nə müşahidə edirsiniz?
Diaqnozun adını bilməyiniz vacib deyil. Gördüyünüzü seçin, sizə uyğun səhifəni göstərim.
Qorxu və sedasiya
Ağrı, çürük və travma
Sedasiya altında müalicə
Qorxan və ya geniş müalicə lazım olan uşaqlar üçün anestezioloq nəzarətində sakit müalicə.
Bir seansda kompleks müalicə
Bütün dişlərdəki problemlərin adətən sedasiya altında, bir görüşdə həll edilməsi.
Xüsusi qayğı tələb edən uşaqlar
Sindromu və ya xroniki xəstəliyi olan uşaqlar üçün fərdi və təhlükəsiz plan.
Süd dişində kanal müalicəsi
İltihablı siniri təmizləyib dişi daimi diş çıxana qədər ağızda saxlamaq.
Polad qapaq
Çox dağılmış süd dişini qoruyan, sonra özü ilə birlikdə düşən hazır örtük.
Plomb
Çürüyün təmizlənib boşluğun doldurulması, hər addım uşağa izah edilərək.
Süd dişi çəkimi
Yalnız lazım olanda, rentgenə əsasən və uşağı qorxutmadan.
Yer tutucu
Vaxtından əvvəl çəkilən süd dişinin yerini daimi diş üçün qoruyan aparat.
Diş travması
Zərbədən sonra sınmış, laxlamış və ya yerindən çıxmış dişlərə ilk yardım və nəzarət.
Kariyesin erkən dayandırılması
Ağ ləkə mərhələsində kariyesi dişi yonmadan dayandırmaq.
Rentgen müayinəsi
Gözlə görünməyən kariyes və iltihabı tapmaq üçün, uşağı əvvəlcə cihazla tanış edərək.
Qapanış və vərdişlər
Əmzik, barmaq əmmə, diş sıxma və duruşun dişlərə təsirinin qiymətləndirilməsi.
Qəbula yazılın
Bu müalicənin övladınıza uyğun olub-olmadığını müayinədən sonra birlikdə müəyyən edirik.
Müraciətdən sağlam gülüşə dörd addım
Uşaq diş müalicəsi bir dəfəlik görüşlə bitmir. Güvən, düzgün diaqnoz, plan və nəzarət birlikdə nəticə verir.
Müraciət
WhatsApp-a yazırsınız, övladınızın yaşını və şikayətini qeyd edirsiniz. Sizə uyğun görüş növünü birlikdə seçirik.
Tanışlıq və müayinə
Uşağı əvvəlcə kabinetlə və alətlərlə tanış edirik, sonra müayinə edir, lazım olsa rentgen çəkirik.
Plan və izah
Hər etabı valideynə izah edirik: hansı dişə nə lazımdır, sedasiyaya ehtiyac varmı, nə qədər görüş olacaq.
Müalicə və nəzarət
Müalicədən sonra hər 3-6 aydan bir kontrol müayinəsində yeni çürüyü erkən tapır, riskini azaltmaq üçün evdə qulluğu birlikdə nəzərdən keçiririk.