Bütün xidmətlər
Süd dişi çəkimi
Yalnız lazım olanda, rentgenə əsasən və uşağı qorxutmadan.
Hər süd dişi "onsuz da düşəcək" deyə çəkilmir. Dişin çəkilmə vaxtını uşağın yaşı, dişin vəziyyəti və rentgendə görünən daimi dişin inkişafı müəyyən edir. Mümkün olduğu qədər süd dişini müalicə edib ağızda saxlamağa çalışırıq.
Nə vaxt çəkmək lazım gəlir
- Daimi diş çıxmağa hazırdır, süd dişi isə ona mane olur
- Diş o qədər dağılıb ki, müalicə ilə saxlamaq mümkün deyil
- Kök ətrafında iltihab daimi dişin rüşeyminə təhlükə yaradır
- Travmadan sonra diş saxlanmayacaq qədər zədələnib
Çəkim uşaq üçün necə keçir
Uşaqlar çox vaxt dişi "kəlbətinlə dartacağımızı" düşünür. Prosesi mərhələ-mərhələ izah edir, yaxşı keyləşdirir və tələsmədən işləyirik. Çəkimdən sonra yaranan boşluğun qorunmasına ehtiyac olub-olmadığını da elə həmin gün qiymətləndiririk.