Əsas məzmuna keç
Dr. Fidan Həsənzadə

Təhlükəsiz müalicə üçün istifadə etdiyimiz üsullar

Uşaq diş müalicəsində təhlükəsizlik dişdən də önəmlidir. Aşağıda müayinədə və müalicədə, xüsusən sedasiya zamanı atdığımız addımları və onların övladınız üçün nə demək olduğunu sadə dillə izah edirəm.

Uşaq stomatoloqu Dr. Fidan Həsənzadə

Görünməyəni görmək, riski əvvəlcədən bilmək

Hər müayinədə məqsəd eynidir: problemin səbəbini dəqiq tapmaq və uşaq üçün ən təhlükəsiz yolu seçmək. Qərarı isə həmişə valideynlə birlikdə veririk.

müayinə və yoxlama addımı
3
müalicədə rahatlıq və nəzarət üsulu
3

Müalicədən əvvəl

Diaqnozu dəqiqləşdirən və riskləri əvvəlcədən göstərən addımlar.

Rentgen illüstrasiyası: kökləri və altda gələn daimi dişi görünən süd dişi
01

Rentgen müayinəsi

Dişlərin arasındakı çürükləri, köklərin vəziyyətini, iltihabı və daimi dişlərin inkişafını göstərir. Uşağı əvvəlcə cihazla tanış edirik, sonra şəkil çəkirik. Rentgeni yalnız müalicə qərarına təsir edəcəksə çəkirik.

  • Ağrısız
  • Bir neçə saniyə
  • Dəqiq diaqnoz
Keyidici sınağı illüstrasiyası: kiçik damcı və qoruyucu qalxan
02

Keyidici sınağı (prob)

Müalicədən əvvəl keyidici dərmanı çox kiçik miqdarda tətbiq edib uşağın reaksiyasını izləyirik. Reaksiya olarsa, həmin preparatdan istifadə etmir və müalicə planını dəyişirik.

  • Ehtiyat addımı
  • Allergiya riski
Pediatr rəyi illüstrasiyası: stetoskop və ürək
03

Sedasiyadan əvvəl pediatr rəyi

Uşağın keçirdiyi xəstəliklər, əməliyyatlar, qəbul etdiyi dərmanlar və hazırkı vəziyyəti pediatrla birlikdə qiymətləndirilir. Pediatr icazə vermədikdə sedasiyaya başlamırıq.

  • Hər sedasiyadan əvvəl
  • Təhlükəsizlik qərarı

Müalicə zamanı

Uşağın rahatlığını və təhlükəsizliyini qoruyan şərait və nəzarət.

Maska ilə sedasiya illüstrasiyası: maska, bulud və ulduzlar
04

Maska ilə sedasiya

Sedasiyanın başlanğıcında uşaq yumşaq maskadan nəfəs alır, biz buna "sehrli dadlı qaz" deyirik. Böyük uşaqlara bu barədə əvvəlcədən danışırıq ki, nə olacağını bilsinlər. Sedasiyanı anestezioloq aparır.

  • Anestezioloq nəzarətində
  • Yumşaq başlanğıc
Monitor illüstrasiyası: ürək ritmi xətti və ürək
05

Monitor nəzarəti

Sedasiya boyu uşağın nəfəsi, nəbzi və qanda oksigen səviyyəsi monitorda izlənir. Uşaq tam oyanana və vəziyyəti sabitləşənə qədər nəzarətimizdə qalır.

  • Bütün müalicə boyu
  • Oyanana qədər
Uşaq otağı illüstrasiyası: şar, ulduzlar və gülən diş
06

Sehrli müalicə otağı

Kabinetimiz uşaq üçün qorxulu yer yox, nağıl dünyasıdır: oyuncaqlar, cizgi filmləri və cəsur pasiyentlər üçün sürprizlər. Müayinəni oyuna çevirir, "ağzını bir az da aç" deməyin min bir yolunu tapırıq.

  • Oyun ilə
  • Sürprizlər

Övladınıza hansı yanaşma uyğundur?

Bunu müayinədə birlikdə müəyyən edirik. Uşağın yaşını, xarakterini və sağlamlığını əsas götürür, yalnız lazım olanı təklif edirəm.