Bir seansda kompleks müalicə
Bütün dişlərdəki problemlərin adətən sedasiya altında, bir görüşdə həll edilməsi.
Bəzən uşağın bir yox, bir neçə dişində problem olur: çürüklər, iltihablı sinirlər, dağılmış süd dişləri. Bunu həftələrlə, bir neçə görüşdə müalicə etmək həm uşağı yorur, həm də qorxusunu artırır. Kompleks müalicədə ağızdakı bütün problemləri adətən sedasiya altında, bir seansda həll edirik.
Bir seansa nələr daxil ola bilər
- Çürüklərin təmizlənməsi və plomb
- Süd dişlərində kanal müalicəsi
- Dağılmış süd dişlərinə polad qapaq
- Saxlanması mümkün olmayan dişlərin çəkilməsi
- Lazım olduqda yer tutucu üçün ölçü
Məsələn, bir balaca pasiyentimizdə bir seansda 6 kanal müalicəsi, 4 polad qapaq və 7 plomb etdik. Valideyn uşağı bir dəfə gətirdi, uşaq isə müalicəni yuxuda keçirdi.
Plan necə qurulur
Əvvəlcə müayinə edir və rentgen çəkirik, hər dişin vəziyyətini valideynə izah edirik. Sonra hansı dişin müalicə olunacağını, hansının çəkiləcəyini birlikdə müzakirə edirik. Sedasiya üçün pediatr rəyi alındıqdan sonra müalicə günü təyin olunur.