Əsas məzmuna keç
Dr. Fidan Həsənzadə
Bütün xidmətlər

Polad qapaq

Çox dağılmış süd dişini qoruyan, sonra özü ilə birlikdə düşən hazır örtük.

Polad qapaq çox dağılmış süd azı dişinin üzərinə qoyulan hazır metal örtükdür. "O nə dəmirdir qoyuldu?" sualını tez-tez eşidirik. Cavab sadədir: bu qapaq dişi daimi diş çıxana qədər qoruyur, sonra isə süd dişi ilə birlikdə öz-özünə düşür.

Nə vaxt lazımdır

  • Çürük dişin bir neçə səthini dağıdıbsa və plomb uzun dayanmayacaqsa
  • Kanal müalicəsindən sonra
  • Mina inkişafında qüsur olan, tez dağılan dişlərdə
  • Çürük riski çox yüksək olan uşaqlarda

Niyə plomb yox, qapaq

Elmi araşdırmalar göstərir ki, çox dağılmış süd azı dişlərində hazır qapaqlar adi plomblara nisbətən daha uzun dayanır, ağrı və təkrar müalicə ehtimalı daha azdır. Qapaq uşağa çeynəməyə, düzgün danışmağa və daimi diş üçün yerin qorunmasına kömək edir.