Əsas məzmuna keç
Dr. Fidan Həsənzadə
Bütün xidmətlər

Xüsusi qayğı tələb edən uşaqlar

Sindromu və ya xroniki xəstəliyi olan uşaqlar üçün fərdi və təhlükəsiz plan.

Daun sindromu, autizm spektri, nevroloji və ya ağır xroniki xəstəlikləri olan uşaqların diş müalicəsi xüsusi diqqət və səbir tələb edir. Belə uşaqlarda kresloda uzun qalmaq, səs və işığa dözmək çətin ola bilər. Ona görə də müalicəni hər uşağın vəziyyətinə uyğun planlayırıq.

Yanaşmamız

  • İlk görüşdə uşağın xüsusiyyətlərini, vərdişlərini və onu nəyin sakitləşdirdiyini valideyndən öyrənirik
  • Müayinəni tələsmədən, uşağın tempinə uyğun aparırıq
  • Sedasiya lazım olarsa, uşağın həkimi və pediatrı ilə əlaqə saxlayırıq
  • Uşağın ümumi vəziyyəti sedasiyaya imkan vermirsə, bunu açıq deyir və alternativ yol axtarırıq
Bizim üçün ilk sırada diş deyil, uşağın sağlamlığı və təhlükəsizliyi dayanır.