O nə dəmirdir? Süd dişində polad qapaq haqqında
Polad qapaq nədir, nə vaxt qoyulur, niyə böyük plombdan daha etibarlıdır və süd dişi ilə birlikdə necə düşür.

MüəllifDr. Fidan HəsənzadəUşaq stomatoloqu, sedasiya altında müalicə
"Əziz valideynlər, dəmir qapaqlar sizcə süd dişində vacibdirmi?" Bu sualı Instagram-da soruşanda fikirlər ikiyə bölündü. Bəziləri "onsuz da töküləcək, metal nəyə lazımdır?" yazdı. Gəlin polad qapağın nə olduğunu və nə üçün qoyulduğunu sakit şəkildə izah edək.
Polad qapaq nədir
Bu, süd azı dişinin ölçüsünə uyğun hazırlanmış nazik metal örtükdür. Çox dağılmış və ya kanal müalicəsi olunmuş dişin üzərinə qoyulur. Daimi diş çıxanda süd dişi qapaqla birlikdə öz-özünə düşür.
Niyə plomb kifayət etmir
Dişin bir neçə səthi dağılıbsa, böyük plomb çeynəmə yükünə dözmür, qopur və ya kənarından yenidən çürük başlayır. Cochrane icmalına görə hazır qapaqlar çox dağılmış süd azı dişlərində adi plomblara nisbətən ağrı, iltihab və təkrar müalicə riskini azaldır.
Qapaq uşağa nə verir
- Rahat çeynəmə və düzgün qidalanma
- Dişin daimi diş çıxana qədər qorunması
- Daimi diş üçün yerin saxlanması
- Təkrar müalicə və ağrı ehtimalının azalması
Sağlam və gözəl təbəssüm hər uşağın haqqıdır.
Elmi mənbələr
Bu yazıdakı məlumatlar aşağıdakı rəyli elmi məqalələrə və beynəlxalq klinik tövsiyələrə əsaslanır.
- Innes, N. P., Ricketts, D., Chong, L. Y., et al. (2015). Preformed crowns for decayed primary molar teeth. Cochrane Database of Systematic Reviews, 2015(12), CD005512. [PMID: 26718872] | [DOI: 10.1002/14651858.CD005512.pub3]
- Smaïl-Faugeron, V., Glenny, A. M., Courson, F., et al. (2018). Pulp treatment for extensive decay in primary teeth. Cochrane Database of Systematic Reviews, 5, CD003220. [PMID: 29852056] | [DOI: 10.1002/14651858.CD003220.pub3]


